Əməliyyat Parisdəki terror aktlarından əvvəl həyata keçirilib.
İŞİD terror qruplaşmasının Liviya qolunun lideri Abu Nabil ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
Bu barədə Pentaqonun yaydığı rəsmi bəyanatda bildirilir.
Qurumun rəsmi nümayəndəsi Piter Kukun sözlərinə görə, onun ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək.
Pentaqon rəsmisi dəqiqləşdirib ki, əməliyyat hakimiyyət qurumları ilə razılaşdırılıb və Parisdə törədilən terror aktlarından xeyli əvvəl planlaşdırılıb və həyata keçirilib./oxu
7news.az








