İŞİD getdikcə zəifləməyə başlayır. İraq və Suriyada yaşayan sünni əhalinin terrorçulara dəstəyi azalıb.
Bu barədə “Nyu York Tayms” qəzeti yazıb.
Məlumatda bildirilib ki, bir çox vətəndaşlar yüksək maaş müqabilində qruplaşmaya üzv olurlar:
“İŞİD-in yüzlərlə üzvü ağır təzyiqlərdən dolayı Türkiyə və Yunanıstana qaçmağın yollarını axtarır. Həmçinin Rusiyanın hava zərbələrindən sonra terrorçular böyük itkilər verməyə başlayıb. Peşmərgə qüvvələri önəmli zəfərlər qazanıb. İŞİD-in neft satışından əldə etdiyi gəlir də azalıb. Eyni zamada terror qruplaşmasında ciddi mütəxəssis çatışmazlığı var”.
7news.az








