RU
İŞİD məsuliyyəti öz üzərinə götürdü
00:29
463

İŞİD məsuliyyəti öz üzərinə götürdü

İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Nəcran şəhərində terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bundan əvvəl partlayış zamanı 2 nəfərin öldüyü bildirilirdi. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ