RU
İŞİD Nyu-Yorku hədələdi
12:38
639

İŞİD Nyu-Yorku hədələdi

Kişi bombanı yığıb gödəkçəsinin altında gizlədir.

İŞİD yaraqlıları Nyu-Yorkun insanların sıx yaşadığı rayonunda terror aktı həyata keçirəcəklərini vəd etdikləri videomüraciət paylaşıblar, NYPost nəşri məlumat yayıb.

Videoda üzü göstərilməyən kişi bombanı yığıb gödəkçəsinin altında gizlədir.

Kadrlarda həmçinin Manhettenin mərkəzində yerləşən Tayms-skver meydanı da göstərilir. Amerika nəşrinin iddia etdiyi kimi, İŞİD kamikadzesinin terror aktı törətməsinə dair real təhlükə mövcuddur.

Daha öncə yaraqlıların ABŞ-ın paytaxtı Vaşinqtonda terror aktlarının, eləcə də Fransada yeni hücumların təşkilinə dair planları barədə məlumatlar yayılmışdı./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ