İraq ordusu Mosul şəhərinin cənub hissəsində İŞİD terrorçularının ciddi müqaviməti ilə üzləşib.
Hərbi qüvvələr şəhərə doğru irəliləyə bilmir. İŞİD terrorçuları Şura qəsəbəsinə şərq hissədən girməyə çalışan hərbçilərin qarşısını alıb. Bildirilir ki, hərbi qüvvələr Mosula yaxınlaşdıqca İŞİD-in müqaviməti daha da artır. Bu üzdən əməliyyatlara xüsusitəyinatlı hərbi qüvvələrin cəlb olunması gözlənilir. Onlar əraziyə çatana qədər hücumlara ara verilib.
7News.az







