7NEWS.az xəbər verir ki,İŞİD terror təşkilatı Pakistanın Bəlucistan əyalətində seçki bürolarına edilən iki partlayışa görə məsuliyyəti üzərinə götürüb. Hücumlarda 27 nəfər ölüb, 80 nəfər yaralanıb.
Pakistanda ümumi seçkilərə bir neçə saat qalmış Bəlucistan əyalətinin Pişin bölgəsindəki siyasi partiyanın seçki bürosunun və Camiat Ulema-e-İslam-Fazl (JUI-F) Partiyasının seçki bürosunun yaxınlığında ikili hücum həyata keçirilib. Killa Seyfullah bölgəsində hücumlarda 27 nəfər həyatını itirib, 80 nəfər yaralanıb.
7NEWS.az








