İŞİD terrorçuları Rusiya təyyarələrini vurmağa çalışdıqları bombaları prezervativlərdən hazırlayıblar.
7news.az virtualaz.org-a istinadən bildirir ki, Daily Star müvafiq videoyazını paylaşaraq, terrorçuların öz "ixtiralarını" "Rezin Conni" adlandırdıqlarını vurğulayıb. Qeyd olunur ki, hər "Conni"yə iki tərəfdən partlayıcı bərkidilir.
Sxem belədir: prezervativlər göyə qalxır və orada partlayırlar. Böyük ehtimalla rezin məmulatları gel ilə doldururlar.
Videoda görünür ki, İŞİD yaraqlıları çoxlu sayda belə bombalar istehsal ediblər.
7news.az








