İraqın Mosul şəhərində anti-terror əməliyyatları davam edir.
7News.az-ın məlumaına görə, şəhər ətrafı qəsəbələrdə İŞİD terrorçularına ağır zərbə vuran hərbçilər Mosulun mərkəzinə doğru irəliləməkdə çətinlik çəkir. Binaların arasında sədlər quran terrorçular, əsgərlərə ciddi şəkildə müqavimət göstərir.
Təhlükəsizlik qüvvələrinin bütün diqqəti Mosula yönəltməsindən istifadə edən İŞİD, Səlahəddin vilayətində qətliam törətib. İki şəhərdə baş verən partlayışlarda ölənlərin sayı 40-a çatıb. Dünyasını dəyişənlər arasında xeyli sayda iranlı zəvvar da var.
7News.az







