RU
İŞİD Quranla bağlı zarafata görə məşhur bloggeri axtarır
11:31
446

İŞİD Quranla bağlı zarafata görə məşhur bloggeri axtarır

"İslam dövləti” terror təşkilatı məşhur rusiyalı YouTube-blogger İlya Meddisonu Quranı təhqir etdiyinə görə cəzalandıracağını bildirib.

Bu barədə ekstremistlərin "Д///ИХАД” adlı Twitter hesabında məlumat yerləşdirilib.

Bloggerin Quran və ayaqyolu ilə bağlı zarafatı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. 

İŞİD terrorçuları qeyd edirlər ki, Meddison ya Moskvada, ya da Sankt-Peterburqda yaşayır. 

Yaraqlılar müqəddəs kitabı təhqir etdiyi üçün ondan intiqam almağın vacib olduğunu bildiriblər.

İlya Meddison (əsl adı İlya Davıdov) məşhur rusiyalı aparıcı və bloggerdir. 2009-cu ildə "Runetin qəhrəmanı” mükafatına layiq görülüb. TNT və MTV kimi telekanallarda işləyib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ