Rusiyaya məxsus helikopter İŞİD terrorçularının hücumuna məruz qalıb.
7News.az-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, texniki nasazlıq səbəbi ilə eniş edən helikopter terrorçular tətəfindən atəşə tutulub. Hadisə zamanı helikopterdə iki rus hərbçisi olub. Yüngül xəsarətlər alan pilotlar digər helikopter vasitəsi ilə təxliyyə edilib.








