RU
İŞİD Rusiya hərbi bazasını ələ keçirdi - VİDEO
22:15
675

İŞİD Rusiya hərbi bazasını ələ keçirdi - VİDEO

İŞİD terror qruplaşması Palmirada Rusiya Silahlı qüvvələrinin obyektini ələ keçirib.

Bu haqda İŞİD-ə yaxın "Aamaq” internet-resursu videonu dərc edib.

Videoda İŞİD döyüşçülərinin hansısa bazanın ərazisinə daxil olduğu nümayiş etdirilir. İŞİD-in materialında deyilir ki, bazada döyüş sursatlarının əsas hissəsi məhv edilib, amma silah və sursatların bir hissəsi qalıb.

Kadrlarda yemək otağında ərzaq qalıqları, silah-sursat yeşikləri, xəritələri və hərbi avtomobilləri görmək olar.

Rusiyanın Müdafiə Nazirliyi hazırda bu informasiyanı şərh etmir./publika.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ