İŞİD Səddam Hüseynin doğulduğu şəhərdə terror aktı törədib.
7news.az xəbər verir ki, hücum nəticəsində 15 nəfər ölüb. İŞİD hadisəni törətdiyini etiraf edib.
İraqın təhlükəsizlik mənbələri İŞİD-in Tikrit şəhərindən kənarda yerləşən hərbi bazanı hədəf aldığını bildirib.
Üzərində bomba olan 5 terrorçudan 2-si hərbi bazanın girişində özlərini partladıblar. Digər 3 terrorçu isə hərbi təlim keçirilən ərazidə partlayış törədiblər.
7news.az








