RU
İŞİD Suriyadan çıxır
21:36
330

İŞİD Suriyadan çıxır

Suriyanın paytaxtı Dəməşqin cənubundakı Yermuk düşərgəsindən minlərlə suriyalı döyüşçü uzaqlaşmağa başlayıb.

7news.az musavat.com-a istinadən xəbər verir ki, avtobuslar 2 min döyüşçünü aparmaq üçün əl-Kadam bölgəsinə gedib.

Aralarında Nusra Cəbhəsinin və İŞİD üzvlərinin olduğu döyüşçülər BMT-nin vasitəçiliyi ilə həyata keçirilən razılaşma çərçivəsində düşərgəni tərk edirlər.

Məlumata görə, 18 avtobus bölgəyə göndərilib. Razılaşma əsasında döyüşçülər ailələri ilə Rəqqa və ya Hələbin cənubuna göndəriləcəklər.

"Reuters" qeyd edir ki, avtobusların BMT və ya Suriya ordusu tərəfindən göndərilib-göndərilmədiyi sual altındadır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ