İŞİD Suriya ordusuna qarşı kimyəvi silahdan istifadə edə bilər.
7news.az vesti.ru-ya istinadən bildirir ki, İŞİD döyüşçüləri Əsəd döyüşçülərinə qarşı “İprit” zəhərli qazı ilə dolu partlayıcılardan istifadə etmək niyyətindədir. Rusiya təyyarələrinin Suriyada İŞİD qüvvələrini bombaladıqdan sonra kəşfiyyat İŞİD-çilərin danışıqlarını ələ keçirib. Danışıqlarda Suriyaya xüsusi mərmilərin gətirilməsi tələb olunur. Həmçinin danışıqlarda hansısa “sürprizlərdən” söhbət gedir. Ekspertlərin fikrincə, bu əldəqayırma kimyəvi partlayıcılardır.
Sözügedən mərmilərin yardımı ilə Əsəd qüvvələrinin hücumunnun qarşısı alınacaq.
7news.az








