RU
İŞİD terrorçuları 38 uşağı bu səbəbə görə
11:07
877

İŞİD terrorçuları 38 uşağı bu səbəbə görə

İŞİD terror təşkilatının üzvləri Daun sindromlu 38 yeni doğulmuş körpəni qətlə yetiriblər.

Terrorçular bu dəhşətli cinayəti "Daun sindromlu yeni doğulmuş körpələri və fiziki qüsurlu uşaqları öldürməyə" icazə verən "fətva"dan sonra törədiblər.

"Mosul Eye" portalının "Facebook" səhifəsində "fətva"nın İŞİD-in Səudiyyə Ərəbistanından olan "hakim"lərindən biri tərəfindən verildiyi bildirilir.

"Terrorçulara kişiləri, qadınları və ahılları qətlə yetirmək artıq kifayət etmir. İndi onlar uşaqları da edam edirlər.

Bizdə olan məlumata əsasən, uşaqların böyük əksəriyyəti İŞİD terrorçuları və İraq, Suriya və Asiyadan olan qadınlardan dünyaya gəlib. Tərəfimizdən bir həftədən üç ayadək olan Daun sindromlu 38 körpənin edamı qeydə alınıb. Onların həyatına öldürücü iynə vurmaq və ya boğmaqla son qoyulub.

Qətllərdən bəziləri Suriya və Mosulda törədilib.", - portalın məlumatında söylənilir./salamnews

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ