Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşması Türkiyə hərbçilərinə hücum edib.
7news.Az "CNN-Türk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 əsgər şəhid olub, 7 nəfər isə yaralanıb.
Yaralı hərbçilər Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdirilib.








