RU
İŞİD üzvləri sağ qalmaq üçün saqqallarını qırxırlar
22:30
537

İŞİD üzvləri sağ qalmaq üçün saqqallarını qırxırlar

"İslam dövləti” terror təşkilatının döyüşçüləri İraqın Mosul şəhərində dinc əhalidən seçilməmək üçün saqqallarını qırxırlar.

7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.

"Mən İŞİD yaraqlılarını görmüşəm, onların xarici görünüşləri tamamilə dəyişib. Onlar saqqallarını qırxıblar və paltarlarını dəyişiblər”, - Əbu Saif adlı şəhər sakini bildirib.

Onun sözlərinə görə, yaraqlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ