RU
İŞİD yaraqlıları gənc melomanın başını kəsdilər
01:39
1101

İŞİD yaraqlıları gənc melomanın başını kəsdilər

Musiqi alətlərində ifa etmək və musiqi sədaları altında oxumaq qadağandır.

İraqda “İslam dövləti” yaraqlıları 15 yaşlı yeniyetmənin qərb musiqisi dinlədiyinə görə başını kəsdilər.

Bu barədə “Daily Mail” yazıb.

Ekstremistlər Ayham Hüseyni Mosulda CD pleyer ilə yaxalayıblar.

Şəriət məhkəməsi gəncin edam edilməsinə hökm verib. Bundan sonra hökm yerli sakinlərin gözü qarşısında həyata keçirilib, gəncin cəsədi ailəsinə təhvil verilib.

İŞİD-in nəzarət etdiyi ərazilərdə musiqi alətlərində ifa etmək və musiqi sədaları altında oxumaq qadağandır. Bununla yanaşı cihadçılar naşidlərin ifasını ənənəvi musiqi anlayışında qəbul etməyərək dinləyirlər./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ