Tarif Şurasının 22 dekabr tarixli iclasında elektrik və təbii qazın qiymətinin diferensiallaşdırılması barədə qərarına düzəlişlər edildi. Əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıldı. Yeni qərar dekabrın 1-dən qüvvəyə minib.
Suranın bundan əvvəl noyabrın 28-də qəbul etdiyi qərar elektrik enerjisi ilə bağlı limitin dekabrın 1-dən tətbiq edildiyi bildirilmişdi. Artıq 22 dekabr tarixinə qədər aylıq 250 kvt limiti keçənlərin sayı da kifayət qədər idi. Vətəndaşların əksəriyyəti bu limitidən artıq itifadə etdikləri elektrik enerjisinin hər kilovat saatına görə 11 qəpik ödəyiblər. Son qərara görə limit 300 kilovat-saatdır. Bəs işıq pulunu 250 limitlə ödəəyən abonentlərin pulu necə olacaq?
Məsələyə aydınlıq gətirən "Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev heç bir abonentin etdiyi ödənişin itməyəcəyini deyib: "Sistem özü bu işi avtomatik tənzimləyəcək. Bəzi abonenetlərdə bu fərq 10, bəzilərin 20 kvt saat olub. Dekabrın 1-dən 300 kvt saat limit tətbiq edilir. Bu günə qədər 250 kvt saatı keçdiklərinə görə istifadə etdikləri hər kilovat saata görə 11 qəpik ödəyənlərin elektrik enerjisinə görə vəsait 7 qəpikdən hesablanacaq. Yalnız 300 kvt/saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq ediləcək. Qalan vəsait növbəti günlərdə istifadə etdikləri elektrik enerjisinə uyğun hesablanacaq”.








