İslam ölkələri terrora qarşı birgə mübarizə aparacaq.
Bu barədə məlumat verən Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Salman 34 dövlətin yeni yaradılan alyansa üzv olduğunu bəyan edib. Onun sözlərinə görə, hərbi ittifaq İraq, Suriya, Lİviya, Misir və Əfqanıstanda davam edən terror və terrror qruplaşmalarını məhv etməyə çalışacaq. Şahzadə Məhəmməd radikal islamçılığın İslam dünyasında xəstəliyə çevrildiyini və bu yaranı təmizləməyin vaxtının çatdığını dilə gətirib. Aralarında Türkiyənin də olduğu 34 ölkədən ibarət anti-terror alyansına, daha 10 dövlət siyasi dəstək verəcəyini açıqlayıb.
Qeyd edək ki, İslam alyansı Pakistandan afrikanın mərkəzindəki dövlətlərədək geniş coğrafiyanı əhatə edir./atv
7news.az








