RU
İslam Həmrəylik Oyunlarının təbliğatı davam edir-Səfirlə görüş
09:27
867

İslam Həmrəylik Oyunlarının təbliğatı davam edir-Səfirlə görüş

28 noyabr 2016-cı il  tarixində "EL-1” IDMAN TƏŞKİLATI-nın  prezidenti Elçin Çobanzadə  Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid əs-Sülaymlə görüş keçirmişdir.Təşkilatdan XALQ.AZ-a verilən məlumata görə,görüş Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid əs-Sülaymin igamətkahında olmuşdur.  Görüş zamanı EL-1” IDMAN TƏŞKİLATI-nın  prezidenti Elçin Çobanzadə 2017-ci ildə  Bakıda keçiriləcək İslam Həmrəylik Oyunların rəsmi təbliğatçısı olaraq keçirilən layihələrin  hazırlıq proseslərindən söz açmışdır. Elçin Çobanzadə bildirmişdir ki, İslam oyunlarının Azərbaycanda keçirilməsi böyük  əhəmiyyət kəsb edir. 25 ildir Azərbaycanımız  müstəqil ölkədir  Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətin təbliğatçısı prezident İlham Əliyev  həyata keçirdiyi  islahatlar  xalqımızın rifahına hesablanıb.

Son illər Bakı Beynəlxalq tədbirlərin,musiqi yarışmaların, olimpiya oyunlarının,dünya çempionatlarının, Formula 1 yarışına  ev sahiliyi edib. Hər bir tədbir yüksək səviyyədə həyata keçirilib.

Ölkənin birinci xanımı Mehriban Əliyevanın Təşkilat komitəsi rəhbərliyi ilə baş tutan yarışlar dünyada böyük əks səda doğurub. İnanıram ki, 2017-ci ildə  Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarıda ən yüksək səviyyədə baş tutacaq. Bizim prezident İlham Əliyev apardığı siyasət nəticəsində bir çox  ölkələrlə geniş əlaqələrimiz mövcuddur. Xüsusi əlaqələrdə sizin Krallıqladır. Cənab prezident İlham Əliyev və ailə üzvləri məqəddəs Ümrə  ziyarətində  Kəbəyə daxil olublar, və namaz qılıblar Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Kəbənin qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açılıb. Bu da Prezident İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önəmin ifadəsidir. Bu, həm də Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyinin dövlətimizin başçısına olan böyük hörmətinin və dərin səmimi münasibətinin təzahürüdür. 

Təşkilat sədri öz nitqində vurğulayıb ki, Azərbaycanla Krallıq münasibətləri İslam Həmrəylik Oyunları sonrada daha da inkişaf edəcəkdir.  Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid əs-Sülaymin görüş zamanı bildirmişdir ki, Azərbaycan fəaliyət göstərməyindən qurur duyur. Krallıqla Azərbaycan qardaşlıq münasiətləri movcuddur. Hal hazırda həm Azərbaycan höküməti həmçinin Krallıqda əlaqələrimizin genişlənməsi üçün aviareyslərin açılmasını layihəsi üzərində işləyirlər. Əlaqələrimizn bundan sonrada davam edəcək və inkişaf edəcək. Həm iqtisadi,himanitar, həmçinin siyasi münasibətlərimizin daha da şaxələndirilməsi üçün bu aviareyslərin açılması vacidir. Krallıqda Azərbaycana qarşı rəğbət və maraq böyükdür. Bizim iş adamlarımız Azərbaycanda fəaliyyət göstərməyə maraqlıdır. Burada iş adamlarına geniş imkanlar mövcuddur. Gələcəkdə bu baxımdan müyyən fəaliyyətlərimiz olacaq.

Görüşdə  "EL-1” IDMAN TƏŞKİLATI-nın  prezidenti Elçin Çobanzadə  Krallıq və Azərbaycan gənclərinin dosluq təşkilatının yaradılmasını təklifini irəli sürdü. Belə ki Səudiyyə Ərəbistanı və Azərbaycan gənclərinin  dostluq təşkilatının yaradılması və bunula əlaqədar gənclər üçün dostluq forumu keçilməsinin planlaşdırdığını qeyd etdi. Səfir təklifi maraqla qarşılayaraq bu məsələ vacib və maraqlı olduğunu bildirdi. Görüş zamanı Elçin Çobanzadə 24 dekabr tarixində prezident İlham Əliyevin doğum günü münasibəti ilə təşkil olunacaq Bakıda keçiriləcək İslam Həmrəylik Oyunların növbəti təbliğat kampaniyası çərçivəsində keçiriləcəcək tədbirə dəvət etdi.  

Görüşdə Akif Abdullayev və Zaur Mirzə-zadədə iştirak ediblər. Sonda  səfir qonaqlara fəaliyyələrində ugurlar arzuladı, Elçin Çobanzadə səfirə qəbuluna görə öz təşəkkürünü bildirdi.

Görüşün sonunda xatirə şəkli çəkdirildi.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ