RU
İslam Həmrəyliyi Oyunlarına fransalılar cəlb oluna bilər
09:25
956

İslam Həmrəyliyi Oyunlarına fransalılar cəlb oluna bilər

Nazir Orelia Buşeni qəbul edib.

Gənclər və idman naziri Azad Rəhimov Fransanın Azərbaycandakı səfiri Orelia Buşeni qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, görüş zamanı gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. 

Tərəflər hər iki sahəyə məsul şəxslərin görüşlərinin faydalı olduğunu diqqətə çatdırıblar. Nazir Bakı 2015 I Avropa Oyunları zamanı hazırlıq işlərinə Frasanın bir sıra şirkət və mütəxəssislərinin cəlb olunduqlarını qeyd edib. Nazir eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərinə də fransalı mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü vurğulayıb.

Xanım səfir öz növbəsində hər iki ölkə arasında gənclər sahəsində regionlararası münasibətlərin qurulmasının vacibliyini bildirib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ