7news.Az-ın xəbərinə görə, İ.Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.
Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
-------
7news.Az İnterfax-a istinadən xəbər verir ki, mərasimdə dövlət başçıları, xarici ölkələrin nümayəndələri, ölkə ictimaiyyətinin təmsilçiləri və jurnalistlər iştirak edirlər.
Qeyd edək ki, İ.Kərimov Səmərqənddə tarixi Şahi-Zində qəbiristanlığında, ata-anasının qəbri yanında dəfn ediləcək. Son 20 ildə bu qəbiristanlıqda dəfn edilən olmayıb.
Şahi-Zində qəbiristanlığı IX əsrdə yaradılıb. Orada IX-XIV və XIX əsrlərə aid 20-dən artıq tarixi tikili var. Şahi-Zinə - Diri şah deməkdir. Bu qəbirstanlılqa bağlı rəvayətlərdən
Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Hazırda Səmərqəndə 20-dən çox ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndə heyətləri gəlib.








