Özbəkistanın Qanunverici (Alt) palatası və Senat (Yuxarı palata) senthyabrın 8-də fövqəladə iclas keçirəcək.
7news.Az-ın "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə palataların birgə yaydığı bəyanatda bildirilir.
Qeyd olunur ki, iclasda ölkənin prezidenti səlahiyyətlərini kimin icra edəcəyi müzakirə olunacaq.
Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında insult nəticəsində dünyasını dəyişib. O, sentyabrın 3-də Səmərqənddə dəfn olunub. Ölkədə üç günlük matəm elan olunub.
7news.Az








