Azad Azərbaycan telekanalının tanınmış aparıcısı İslam Mehrəliyev toya hazırlaşır.
Bu barədə açıqlama verən aparıcı toyun tarixinin bəlli olduğunu bildirib:
"Ailə həyatı qururam. Son günlər başım həm işə, həm toy hazırlıqlarına qarışıb. Toyun tarixi oktyabrın 1-nə nəzərdə tutulub. Mən də subaylığın daşını atıram. Artıq 4 cü ildir nişanlıyam. Sadəcə imkansızlıqdan, eyni zamanda vaxt azlığından toyumuz yubanırdı. Qeyd edim ki, özümün tanış olduğum xanımla nikaha daxil oluram".
Teleaparıcı toyda iştirak edəcək məşhurların siyahısını bəlli edib. Hələlik bunların adını çəkdi:
"Toyu özümə qardaş bildiyim həmkarım Şəhriyar Əbilov idarə edəcək, plovu isə Oksana Rəsulova gətirəcək (gülür). Təbii ki, xoş günümdə məni həmkarlarım və sənətçilər tək buraxmayacaqlar". /gecce.az
7news.az








