RU
İslamdan imtina etmiş 18 yaşlı qız: Qoymayın, məni öldürəcəklər - VİDEO - FOTO
17:31
866

İslamdan imtina etmiş 18 yaşlı qız: Qoymayın, məni öldürəcəklər - VİDEO - FOTO

Deportasiyama imkan verməyin! Qoymayın bunu etsinlər! Vətənimə qaytarılsam, öldürəcəklər məni!

Səudiyyə Ərəbistanının vətəndaşı, 18 yaşlı Rəfaf Muhəmməd əl Qununi Twitter-dəki profilində belə yazıb.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, evdən qaçan və Səudiyyə Ərəbistanını təyyarədə tərk edən Rəfaf Taylandın paytaxtı Banqkokun beynəlxalq aeroportunda saxlanılıb. Onu vətəninə, Səudiyyə Ərəbistanına deportasiya gözləyir.

İslamdan imtina etdiyini deyən Rəfaf isə evə qaytarılsa, öldürücəyini deyir. Onun sözlərinə görə, Şəriət dinindən dönən müsəlman üçün ölüm cəzasını nəzərdə tutur. Səudiyyə Ərəbistanı isə Şəriət qanunları ilə idarə olunur.

Rəfafın valideynlərinin dediklərinə görə, qız evdən qaçıb.
İslamdan imtina etmiş 18 yaşlı qız: Qoymayın, məni öldürəcəklər - VİDEO - FOTO

Tayland DİN-i olayı "ailə məsələsi" kimi dəyərləndirib və əl Qununinin vətəninə deportasiya olunacağını bildirib.

Rəfafın sözlərinə görə, o, Avstraliyaya yollanmaq istəyirdi.

O, sabah yerli vaxtlda 11.15-də Küveytin "Kuwait Airways" aviaşirkətinin 412-ci reysi ilə Banqkokdan Küveytə yola salınacaq.

"Çox qorxuram. Qardaşım mənə zəng vurub dedi ki, qohumlarımızla məni gözləyir. "Bizi rüsvay etdin, səni öldürəcəyik" söylədi mənə. Məni xilas edin", - Rəfaf yaydığı videosunda söyləyib.

Rəfaf Banqkok aeroportunda olarkən atası Whatsapp-la taylandlı polislərlə danışıb, "qızım ruhi xəstədir" deyib.

Tayland polisinin yaydığı məlumatda isə deyilir ki, Rəfaf Muhəmməd əl Qununi zorla ərə verilməsinə etiraz edərək evdən qaçıb və o, Tayland vizası almadığı üçün ölkədən deportasiya olunacaq.

Rəfafın atası Səudiyyə Ərəbistanın əl Süleymi bölgəsinin qubernatoru şeyx Məhəmməd bin Motliq əl Qunun əl Şemaridir.


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ