RU
“İslami Cihad” qruplaşmasının daha bir lideri öldürülüb - YENİLƏNİB
14:00
19

“İslami Cihad” qruplaşmasının daha bir lideri öldürülüb - YENİLƏNİB

Fələstinin radikal "İslami Cihad” qruplaşmasının liderlərindən biri Abdel Rəhman Şehab Qəzza zolağında öldürülüb.

Bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

O, İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə endirdiyi zərbə nəticəsində ailəsi ilə birlikdə həlak olub.

07:14
İsrail ordusunun keçirdiyi əməliyyat nəticəsində Fələstinin "İslami Cihad” qruplaşmasının liderlərindən biri məhv edilib.

Bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının şimalında qruplaşmanın liderlərindən biri Musa Yasirin evinə İsrail bombası düşüb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ