RU
İslamiada: Elmar Qasımov finala yüksəlib
15:40
281

İslamiada: Elmar Qasımov finala yüksəlib

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

 100 kq çəki dərəcəsində çıxış edən idmanşı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib.

Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə görüşəcək.

81 kq-dakı Zelim Tçkayev qırğızıstanlı Əsəd Masabirova qalib gələrək yarımfinala adlayıb.

100-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bürünc medal uğrunda görüşə çıxacaq. 

1/4 finalda məğlub olan qadın cüdoçular - Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ