RU
İslandiyada buz mağarası çöküb
16:58
48

İslandiyada buz mağarası çöküb


7NEWS.az xəbər verir ki, Yerli polisin verdiyi açıqlamada, 25 nəfərlik turist qrupunun Breidamerkurjökull buzlaqındakı mağaranı ziyarət edərkən yıxıldığı, 4 turistin isə buz parçalarının düşməsindən təsirləndiyi bildirilib.
Açıqlamada bir nəfərin hadisə yerində öldüyü, iki nəfərin ağır yaralandığı, bir nəfərin vəziyyətinin stabil olduğu bildirilib.
Açıqlamada 2 nəfərin itkin düşdüyü, gecə saatlarında fasilə verilən buz mağarasında axtarış-xilasetmə işlərinin səhər saatlarında davam edəcəyi qeyd edilib.
Yerli media İslandiyanın sevimli turistik yerlərindən biri olan Breidamerkurjökull buzlaqındakı mağaraya gələn turistləri bələdçi ilə müşayiət etdiyini və onların bir çoxunun çökmə zamanı mağaranın xaricində olduğunu bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ