RU
İslandiyada güclü zəlzələ olub
13:08
82

İslandiyada güclü zəlzələ olub

İslandiyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 17,6 min nəfərin yaşadığı Akureyri şəhərindən 121 km cənub-şərqdə, ocağı isə 1 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ