RU
İşlədiyi mağazadan 60 min manatlıq oğurluq etdi
22:00
1632

İşlədiyi mağazadan 60 min manatlıq oğurluq etdi

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.

7NEWS.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ