RU
İşlədiyi şirkətdən 288 min manat oğurladı - MƏHKƏMƏ
10:20
290

İşlədiyi şirkətdən 288 min manat oğurladı - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Emin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

7News.Az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Babayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Babayev "İnteqral” MMC-də ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi dövrdə şirəktin 288 min manat pulunu mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ