RU
İsmayıllı velosiped istehsal edəcək
20:25
1081

İsmayıllı velosiped istehsal edəcək

Vergilər naziri İsmayıllı ictimaiyyəti ilə görüşüb.

2015-ci ildə İsmayıllıda 720 yeni iş yeri, o cümlədən 495 daimi iş yeri açılıb. 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşası başa çatdırılacaq. 

Bu sözləri İsmayıllı ictimaiyyəti ilə görüşündə vergilər naziri Fazil Məmmədov bildirib. 

Nazir qeyd edib ki, rayonda yeni yaradılacaq fabrikin işə düşməsindən sonra, 200-250 nəfər işlə təmin olunacaq:

“Rayonun Qalınçaq kəndi ərazisində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inkubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 200-250 nəfər işlə təmin olunacaq”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ