İsmayıllının Basqal qəsəbəsində avtomobil dərəyə aşıb. 1966-cı il təvəllüdlü Rəfad Cəbrayılov "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. Nəticədə sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.