RU
İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü
16:20
739

İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7news.Az APA-ya istinadla xəbər verir ki, 50-BE-448 dövlət nömrə nişanlı, "QAZ 2400” markalı avtomobil Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yeddi yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ