RU
İsmayıllıda bir tondan çox çətənə kolu aşkar edildi - FOTO
16:50
521

İsmayıllıda bir tondan çox çətənə kolu aşkar edildi - FOTO

İsmayıllıda külli miqdarda çətənə kolu yandırılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 239 kiloqram olan 1 548 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ