RU
İsmayıllıda iki avtomobil toqquşub: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
10:48
628

İsmayıllıda iki avtomobil toqquşub: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki. İsmayıllı rayonunun Qalıncaq kəndinin sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ehtiram Azər oğlunun idarə etdiyi 10-UO-796 dövlət nömrə nişanlı VAZ 21015 minik avtomobili qarşı tərəfdən gələn 90-UT-602 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü E. Abdullayev, rayonun Qəzli kənd sakinləri - 1997-ci il təvəllüdlü Manafov Məhəmməd Azər oğlu, 2011-ci il təvəllüdlü Abdullayev Rəsul Şaban oğlu, 1992-ci il təvəllüdlü Abdullayev Şərif İsrail oğlu və 1995-ci il təvəllüdlü Abdullayev İmam Allahverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İsmayıllı sakinləri - 1993-cü il təvəllüdlü Allahverdiyev Qərib İsmayıl oğlu və 1998-ci il təvəllüdlü İsmayılov Qalib Əllədin oğlu isə aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ