RU
İsmayıllıda kişi özünü yandırıb
19:06
72

İsmayıllıda kişi özünü yandırıb

İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.

Bu gün saat 14 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Röyal Müşfiq oğlu Mirzəyev İsmayıllı Rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ