RU
İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
15:20
383

İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb

İsmayıllı rayonunun Tircan kəndində fəaliyyət göstərən "Girdiman” marketdə aparılmış yoxlama zamanı yararlılıq müddəti bitən, istehlaka yararsız qida məhsulları aşkarlanıb.

Bu barədə 7NEWS.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Aşkar edilən faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların satışının qarşısı alınaraq məhv edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ