RU
İsmayıllıdakı dəhşətli qəzada ölənlərin KİMLİYİ MƏLUM OLDU
12:50
32

İsmayıllıdakı dəhşətli qəzada ölənlərin KİMLİYİ MƏLUM OLDU

İsmayıllı rayonundakı ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.

Hadisə bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində qeydə alınıb.

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə VAZ-21011, daha sonra isə "Ford" markalı mikroavtobusa çırpılıb. Nəticədə VAZ-ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Hadisə nəticəsində həlak olanlar ər-arvad olublar.

Qeyd edək ki, digər nəqliyyat vasitələrinin sürücüləri də daxil olmaqla altı nəfər xəstəxanaya müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AZXEBERCOM-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ