RU
İsmayıllının 7 kəndinin qazı kəsiləcək
17:03
462

İsmayıllının 7 kəndinin qazı kəsiləcək

Sabah saat 10:00-dan 15:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

7News.az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ