O, Ulyanovskun meriyasına saxta sənədlər təqdim edib.
“Ümumrusiya Azərbaycan Konqresi” ictimai təşkilatının Ulyanovsk şöbəsinin sədri – “Terra” MMC-nin direktoru İslam Hüseynov xüsusi böyük məbləğdə fırıldaqçılıqda ittiham edilir.
Bu barədə “RF İstintaq Komitəsinin Xəbərləri” məlumat yayıb.
O, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın qanuniləşdirilməsində ittiham edilir.
İstintaqın məlumatına görə, müttəhim 2011-ci ildə Ulyanovsk şəhərinin meriyasına saxta sənədlər təqdim edib, sənədlərə görə, onun icarəyə götürdüyü torpaq sahəsində yarımçıq tikili obyekti – mehmanxana var.
Nəticədə bu sənədlər əsasında sahibkar həmin sahəyə mülkiyyət hüququnu qeydiyyatdan keçirib, beləliklə də, bu sahəyə sahib çıxandan sonra onu inşaat firmasına çoxmənzilli evin tikilməsi üçün satıb.
Hüseynovun cinayətkar əməlləri nəticəsində “Qorod Ulyanovsk” bələdiyyə qurumuna 5 milyon rubldan çox (80 500 dollar) məbləğində ziyan dəyib.
Müstəntiq tərəfindən dəlillər bazası toplanıb, bununla əlaqədar cinayət işinin məhkəmə baxışına çıxarılması üçün ittiham çıxarışının təsdiqlənməsinə təqdim edilib./oxu
7news.az








