İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırdığı öyrənilib.
7NEWS.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr AA müxbirinə bildiriblər ki, baş nazir Pedro Sançes və xarici işlər naziri Xose Manuel Albaresin dəfələrlə dilə gətirdiyi Fələstin dövlətinin tanınması təşəbbüsünün qısa zamanda həyata keçirilməsi planlaşdırılır və İspaniya 4 ölkə ilə birgə fəaliyyət göstərməsi gözlənilir. İspaniyanın Malta, İrlandiya, əvvəlki birgə bəyanatında əlverişli şərtlər olduğu halda Fələstin dövlətini tanıyacağını vəd edən Sloveniya və bu təşəbbüsü dəstəklədiyini açıqlayan Norveçlə birgə hərəkət edəcəyi gözlənilir.
7NEWS.az








