İspaniyadakı azlıq solçu koalisiya hökuməti İsrailə silah daşıdığı bildirilən gəminin yenidən təchizat üçün İspaniya limanlarında dayanmasına mane olub.
7NEWS.az xəbər verir ki, "Marianne Danica" adlı Danimarka kommersiya yük gəmisinin İsrailə silah və partlayıcı material daşıdığının açıqlanmasından sonra hökumət Sumar ittifaqı və Podemos partiyasının cinayət şikayətlərini nəzərə alıb və gəminin İspaniya limanına yaxınlaşmasına icazə verməyib.
7NEWS.az








