7NEWS.az xəbər verir ki, İspaniya mədəni dəyişikliklərə görə Milli Korrida Mükafatını dayandırmaq qərarına gəlib. Euronews-da yer alan xəbərə görə, İspaniya Mədəniyyət Nazirliyi hər il korrida dünyasından şəxslərə və ya təşkilatlara verilən Milli Korrida Mükafatını ləğv edib. 2011-ci ildə yaradılan və ilk dəfə 2013-cü ildə verilən mükafatın ləğv edilməsini may ayında mədəniyyət naziri Ernest Urtasun elan edib. Nazirlik builki təşkilatçılığı təşkil etməkdən imtina etdi və sonra mükafatın tamamilə ləğv edilməsi üçün lazımi prosedurlara başladı. Qərar bir gün əvvəl rəsmi qəzetdə dərc olunub. Mədəniyyət Nazirliyi bildirir ki, bu fəaliyyətlərdən bəziləri heyvanlara qarşı zorakılığın qəbuledilməz forması kimi cəmiyyətin geniş təbəqələri tərəfindən rədd edilir.
7NEWS.az








