Çempionlar Liqasının finalında "Atletiko" ilə görüşdə zədələnən Madrid "Real"ının müdafiəçisi Daniel Karvahalın durumuna aydınlıq gəlib.
7News.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu "Avro-2016"da İspaniya yığmasına kömək edə bilməyəcək.
İspaniyalı futbolçunu yığmada "Arsenal"ın müdafiəçisi Ektor Bellerin əvəzləyib. İspaniya millisinin Fransaya yollanacaq yekun heyəti yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, D qrupunda qərarlaşan İspaniya millisi Çexiya, Türkiyə və Xorvatiya yığmaları ilə mübarizə aparacaq.








