İspaniya millisinin "Avro-2016" üçün genişləndirilmiş heyətində dəyişiklik edilib.
7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Selta"nın müdafiəçisi Xonni zədə səbəbindən millinin heyətindən çıxarılıb. Onun əvəzinə milliyə "Atletik"in (Bilbao) futbolçusu İniqo Lekue çağırılıb.
Qeyd edək ki, İ.Lekue ötən mövsüm oynadığı 34 matçda 1 qol vurub və 2 qolun ötürməsin verib.








