David De Heanın adı seks qalmaqalında hallanır.
İspaniya millisinin qapıçısı David De Hea adının seks qalmaqalında hallanmasına görə komandadan uzaqlaşdırılıb.
7news.Az-ın xəbərinə görə, bu barədə iyunun 10-da “The Independent” nəşri yazır.
Nəşrin məlumatına görə, bu axşam start götürəcək futbol üzrə Avropa çempionatında “Mançester Yunayted”in qapıçısı iştirak etməyəcək.
Əsas heyətdə onu “Porto”nun şərəfini qoruyan İker Kasilyas əvəz edəcək
7news.Az








