Polis tərəfindən ələ keçirilən kokain miqdarı İspaniyada son illərdə ələ keçirilən ən böyük yüklərdən biri kimi qeydə alınıb.
7NEWS.az xəbər verir ki, İspaniyanın cənubundakı Algeciras limanında polis saxta generatorun içərisində gizlədilən səkkiz ton kokain ələ keçirib. Maliyyə Nazirliyindən verilən məlumata görə, narkotik maddə olan konteynerin İspaniyaya keçirilməsinə təəccüblü və səlahiyyətlilərin diqqətini cəlb etməyən marşrutla cəhd edilib.
7NEWS.az








