RU
İspaniyada 4000 mağaza işçisi maaşlarının artırılması tələbi ilə tətilə başlayıb
16:44
27

İspaniyada 4000 mağaza işçisi maaşlarının artırılması tələbi ilə tətilə başlayıb


İspaniyada yerləşən dünyaca məşhur İsveç geyim mağazası H&M-in 4 minə yaxın işçisi maaş artımı tələblərinin yerinə yetirilməməsi səbəbiylə endirim mövsümünün ilk günündə tətilə çıxıb.

7NEWS.az xəbər verir ki, maaş artımı tələblərinin rədd edilməsi səbəbindən 24 saatlıq iş yerlərini tərk edən H&M işçiləri İspaniyada bu gün bağlanan 100-dən çox mağazanın qarşısında etiraz aksiyası keçiriblər.

Həmkarlar ittifaqları tərəfindən verilən açıqlamada aylarla davam edən danışıqlarda heç bir nəticə əldə olunmadığı, şirkət rəhbərliyinin işçilərinə uyğun təklif təklif edilmədiyi, ikinci tətil gününün isə 26 iyun olacağı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ